IQNA

Lahor sərgisində Əmirəl-mömininə (ə) nisbət verilən Quran nümayiş olunub

11:22 - November 26, 2022
Xəbər sayı: 3493315
İranın Lahordakı Mədəniyyət Evi bu şəhərdəki İslam İncəsənət Sərgisində Əmirəl-möminin Həzrət Əliyə (ə) nisbət verilən Quran nüsxəsini nümayiş etdirib.

"İQNA", Lahordan xəbər verir ki, cümə axşamı, noyabrın 17-də başlayan bu sərgi İslam sənətinin müxtəlif aspektlərindən, o cümlədən İslam xəttatlığı, Quran əlyazmaları və sufi musiqisindən bəhs edib. O, dörd gün davam edib.

Lahorda “Əl-Humra” incəsənət mərkəzində keçirilən İslam incəsənəti sərgisində Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və İrandan olan sənətkarların əsərləri ictimaiyyətə təqdim olunub.

Bu sərginin mühüm hissələrindən biri Qurani-Kərimin nadir əlyazma nüsxələrinin, zərli Quran səhifələrinin, qədim ustadların əsərlərinin və görkəmli sənətkarların, o cümlədən iranlıların əsərlərinin nümayişi olub.

Bu sərgidə Qüds Rəzəvi Astanının Quranlar toplusundan Əmirəl-möminin Həzrət Əliyə (ə) nisbət verilən kufi xətti ilə yazılmış Quran nüsxəsi təqdim olunub. Bu, ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Quranın bu nüsxəsi İranın Lahordakı Mədəniyyət Evində saxlanılır və müxtəlif tədbirlərdə və sərgilərdə maraqlananlar tərəfindən ziyarət edilir.

4101891

Ad:
E-poçt:
* Comment:
captcha