IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 4

Müsəlman cəmiyyətində imanın zəifləməsi

7:07 - November 30, 2022
Xəbər sayı: 3493341
“Tövbə” surəsinin bir hissəsi müsəlman ümmətinə xitab edir və onları cəmiyyətdə imanın zəifləməsi barədə xəbərdar edir.

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Surənin ümumi atmosferi ilə tanışlıq və ünvanların bəyanı” mövzusunda tədris etdiyi “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin dördüncüsü keçirilib. Onun mətnini aşağıda oxuya bilərsiniz:

“Tövbə” surəsinin 16-cı ayəsindən 24-cü ayəsinə qədər olan ayələrdən ən əhəmiyyətlisi budur: "Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!" (Tövbə,19).

Bu ayə onu göstərir ki, Peyğəmbərin (s) dini hökumətinin qurulmasından 10 il keçdikdən sonra cihad xalqın nəzərində artıq dəyərsizdir. Əvvəlcə özləri hicrət edib qiyam etmiş şəxslərin üçün Allah yolunda cihad dəyərli idi. İndi cihad onlar üçün darıxdırıcı olub.

Allah buyurur: "(Ya Rəsulum!) De: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!" (Tövbə, 24).

Bütün surələr İslam ümmətinin üzvlərinə ünvanlanıb. Əgər o dövrün adamlarının gözündən baxsaq, cəmiyyətin üzvləri neçə il dini hökumətə sadiq qalıb onun yolunda qurban verməlidirlər? Onların həyatı yoxdurmu? Onlar yaşamamalıdırlarmı? Nəhayət, özlərinə sual verirlər ki, bütün bu münaqişələrdən sonra biz müəyyən qədər nizam-intizam əldə edə bilmişik.

Bu surə elə bir şəraitdə nazil olub ki, müşriklər çıxıb gedəcəklər, camaat da bunları deyiblər və Peyğəmbər (s) də dünyanın fövqəl qüdrətlərinə məktub yazıb ki, mən sizi ilahi tövhidə və şirki dayandırmağa dəvət edirəm.

Görünür, əvvəlki müharibələrdə iştirak etmiş birinin bu qədər ildən sonra yorulması normaldır. Bu camaatın içində elə mücahidlər var ki, heç nə yemir, aclığı aradan qaldırmaq üçün qarnına daş qoyurlar. Mücahidlər belə yaşayırlar.

Amma eyni zamanda bu cəmiyyətdə bəzi insanlar çox varlanıb. Habelə insanlar hansı İslamın doğru olduğunu düşünməyə başlayıblar. Zənginlərin İslamı, yoxsa Mücahidlərin İslamı? Hamısı namaz qılır, oruc tutur və görünən odur ki, müsəlmanlıq və imanlarında problem yoxdur.

Yavaş-yavaş cəmiyyətin üzvləri öz-özünə fikirləşirlər ki, bizim bu zəngin müsəlmanların yolunu seçməyimizin nə günahı var? Onlar da bizim kimi çətinliklərlə üzləşirlər və həyat məsələlərinə, siyasi və sosial şəraitə və s. sahibdirlər. “Tövbə” surəsi elə bir şəraitdə nazil olmuşdur ki, müsəlman cəmiyyətindəki bu anlaşılmazlıqlara cavab vermək və onlar üçün vəziyyəti aydınlaşdırmağa bir həll yolu kimi görünür.

Ad:
E-poçt:
* Comment:
captcha