Küveytdə keçirilən Qurani-Kərimin 11-ci beynəlxalq müsabiqəsinin sonunda Qurani-Kərimin azyaşlı qarilərindən olan Osman ibn Məşəl Əl-Həddadın qiraətinin videosu virtual məkanda yayılıb.

"İQNA", xəbər verir ki, bu yarış bu il oktyabrın 13-də İran İslam Cümhuriyyətindən olan nümayəndələrin iştirakı ilə Küveytdə keçirilib və oktyabrın 19-da başa çatıb.
Xuzistanlı Şüca Zuidat on növ qiraətlə bütün Quranın əzbərlənməsi sahəsində, Zəncan vilayətindən Əli Qulamizad bütün Quranın əzbərlənməsi sahəsində və Gilan vilayətindən Rza Rzai bütün Quranın əzbərlənməsi sahəsində iştirak ediblər.
Bu yarışmanın yekun qiraəti Qurani-Kərimin azyaşlı qarilərindən olan Osman ibn Məşəl Əl-Həddad tərəfindən edilib. O, "Zuxruf" surəsinin 67-ci ayəsindən 73-cü ayəsinə qədər olan ayələri qiraət edib.
4106176