IQNA

6-cı Qətər Beynəlxalq Quran Müsabiqəsində 67 ölkə iştirak edir

13:21 - December 23, 2022
Xəbər sayı: 3493456
Qətərin “Katara” mədəniyyət kəndinin fondu bu ölkədə altıncı dəfə keçirilən “Katara mükafatı” Quran tilavəti müsabiqəsində 67 ərəb və qeyri-ərəb ölkəsinin nümayəndələrinin iştirak etdiyini bildirib.

"İQNA", "Əl-Doha"-ya istinadən xəbər verir ki, Katara Mədəniyyət Kəndi Vəqfi elan etdi: Bu müsabiqənin altıncı turu “Quranı səsinlə zinətləndir” şüarı ilə video və virtual yolla keçirildi.

Katara Vəqfinin baş direktoru İbrahim Əl-Səliti deyib: "Ərəb ölkələrindən olan iştirakçıların ümumi sayı 19 ərəb ölkəsindən 588 və ərəb olmayan 48 ölkədən 685 nəfərdir. 280 iştirakçı ilə Misir, Sudan və Somali birinci yerdədir".

O əlavə etdi: 216 iştirakçı ilə Ərəb Mağrib ölkələri (Afrikanın şimalında və şimal-qərbində yerləşən beş ölkə), 59 nəfərlə Şam və İraq ölkələri və Fars körfəzi ölkələri 33 nümayəndə ilə iştiraka görə növbəti pillələrdə qərarlaşıblar.

Əl-Səliti qeyd etdi: "Bu turun ən mühüm xüsusiyyəti qeyri-ərəb ölkələrindən (48 ölkə) iştirakçıların sayının artmasıdır ki, bu da müsabiqənin qlobal şöhrət qazandığını göstərir".

Katara Quran Mükafatının baş nəzarətçisi Xalid Əbdur-Rəhim Əl-Seyyid də deyib: "Bu müsabiqənin yarışları Qətər TV ilə əməkdaşlıq çərçivəsində 26 televiziya proqramında yayımlanacaq. Müsabiqənin yekun münsiflər heyəti 6 üzvdən ibarətdir. Onlardan üçü qiraət və təcvid qaydaları, üçü isə yaxşı səs sahəsində mütəxəssisdir".

4108737

captcha