"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, bu sərgi gələn çərşənbə axşamı, yanvarın 3-də Misirin vizual incəsənət şöbəsinin müdiri Vəlid Qanuş və Çinin Misirdəki səfirliyinin mədəniyyət məsləhətçilərindən Sami Yanqın iştirakı ilə açılacaq. Orada misirli rəssam “Kərim Nəbil”in əsərləri də ictimaiyyətə təqdim olunacaq.
Bu misirli rəssam xəyal gücündən istifadə edərək Quran ayələri mövzusu ilə foto əsərlər yaratmışdır. Quranı diqqətlə oxuyub öyrənməklə ayələrin zahiri və daxili gözəlliyini vəsf etmişdir.
Bu, Kərim Nəbilin Quran sərgilərinin təşkili sahəsində dördüncü təcrübəsi olacaq. Bu misirli rəssamın 22 rəsm əsəri ictimaiyyətə təqdim olunacaq.
Bu sərgi yanvarın 14-dək davam edəcək. Cümə günləri istisna olmaqla, hər gün səhər saat 9:00-dan 14:00-dək və 17:00-dan 21:00-a kimi maraqlananlar üçün açıq olacaq.
Kərim Nəbil müstəqil fotoqraflardan biri, Misir mədəniyyət mərkəzlərində fotoqrafiya üzrə təlimatçı və Ərəb Fotoqraflar İttifaqının Misir bölməsinin inzibati şurasının üzvüdür. O, Misirdə fotoqrammetriya fotoqrafiya klubu (aerofotoqrafiya və xəritəçəkmə) təsis edib. Bu klub bir çox beynəlxalq mükafatlara layiq görülüb.
4109811