IQNA

Məscidün-Nəbidə əlillər üçün Quran dərsləri keçirilir

11:29 - December 30, 2022
Xəbər sayı: 3493492
Məscidül-Nəbinin işləri ilə məşğul olan orqan əlillər üçün Quran və dini elmlər dərslərinin keçiriləcəyini açıqlayıb.

"İQNA", Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadən bildirir ki, Məscidün-Nəbinin işləri ilə məşğul olan orqan müxtəlif elm və təhsil sahələrində mütəxəssis olan müəllimlər tərəfindən əlilliyi olan insanlar üçün Quran və dini elmlər üzrə dərslər keçirəcəyini açıqlayıb.

Bu qurum yuxarıda qeyd olunan dərslərin kar, kor, autizm və əlillər üçün olduğunu qeyd edib. Həmçinin Quran dərsləri ilə yanaşı, nitq qüsurlarının müalicəsi üzrə dərslərin də həm əyani, həm də virtual formada keçiriləcəyini açıqlayıb.

Məscidün-Nəbinin işləri ilə məşğul olan orqan bildirib ki, bu dərslərdə iştirak edənlər üçün pulsuz nəqliyyat nəzərdə tutulub. Bu dərslərdə iştirak etmək istəyənlər bu məscidin işlərini idarə etmək üçün qurumun internet saytındakı Məscidün-Nəbi dərsləri bölməsinə müraciət edə bilərlər.

4110363

captcha