IQNA

Quran tilavəti sənəti / 19

Məhəmməd Əhməd İmran qiraət və muğamda üslub sahibidir

13:03 - January 12, 2023
Xəbər sayı: 3493556
Məhəmməd Əhməd İmran bir yaşında görmə qabiliyyətini itirmiş və anasının duasının qəbul olması ilə dünya şöhrəti qazanmış məşhur misirli qari və şairdir.

"İQNA"-nın verdiyi məlumata görə, Məhəmməd Əhməd İmran misirli məşhur qiraətçi və şairdir. O, 1944-cü ildə Misirin Sohac əyalətinin Tahta şəhərində anadan olub.

İmranın bir yaşı olanda görmə qabiliyyətini itirdi və anası Uca Allahdan oğlunun Quranı əzbərləməsini istədi. Allah anasının duasını qəbul etdi. Onun oğlu Misirdə və İslam dünyasında məşhur qiraətçi və şair oldu.

O, Quranı əzbərləməyi bitirəndə 10 yaşı var idi. Hələ 12 yaşına çatmamış təcvidin qaydalarını öyrənərək qiraət üçün icazə almağa müvəffəq olmuşdur.

İmrana Şeyx Nəqşbədinin (1976-1920) böyük təsiri olmuşdur. Şeyx ona Qahirəyə getməyi tövsiyə etdi. O da gənc yaşlarında bu tövsiyəyə əməl etdi. İmran Qahirədəki korlar üçün musiqi məktəbinə gedib və orada musiqi muğamlarını öyrənib.

  İmran orta məktəbi bitirdikdən sonra tökmə zavodunda işləməyə başlayıb. Həmçinin şirkətin məscidində qiraətçi kimi Quran tilavət edib. Həmçinin dini surudlar yazıb.

70-ci illərdə Misir Radiosunun Quran imtahanlarında qazandığı uğur Məhəmməd İmranın şöhrətinin başlanğıcı oldu. Bundan sonra Məhəmməd İmran bir çox dini proqram və şənliklərdə iştirak edib.

O, qiraətdə və musiqi biliklərindən istifadədə böyük dühası ilə xüsusi üslub yarada bilmiş Misirin məşhur qiraətçilərindəndir.

Bu kor misirli qiraətçi musiqi ilə də maraqlanırdı. Musiqi öyrənməklə muğama kömək edə biləcəyinə inanırdı.

O, şad mərasimlərdə də Quran və surud oxuyan ilk şəxslərdən biri idi. O, özəl məclislərdə də böyük sənətkarlar və xanəndələrlə birlikdə iştirak edib. Öz ifasında təşəbbüskar olub ki, bu da musiqi və ton sahəsinin görkəmli simalarının diqqətini çəkib.

O, 6 oktyabr 1994-cü ildə 50 yaşı tamam olmamış vəfat edib. Onun ölümünün ərəblərin İsrail üzərində oktyabr qələbələrinin ildönümü ilə eyni vaxta təsadüf etməsi və bu münasibətlə Misir televiziyasında xüsusi proqramların və bayram tədbirlərinin yayımlanması Məhəmməd Əhməd İmranın vəfatı ilə bağlı xəbərlərin dərc olunmamasına səbəb olub. Misir radiosu bu xəbəri onun ölümündən 20 gün sonra yayımladı.

3927254

captcha