IQNA

İraq Quran hərəkatının fəalları üçün anım mərasimi keçirilib

19:06 - January 22, 2023
Xəbər sayı: 3493594
Həzrət Abbasın (ə) hərəminin Qurani-Kərim Elmi Məclisi bu hərəmdə iki Quran hifzi üzrə ustadı və İraq Quran hərəkatının fəallarından Əli Əl-Miyahi və Qassan Qanəmin anım mərasimini keçirib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, İraqın Qurani-Kərim Elmi Şurasının rəhbərinin müavini Liva Əl-Ətiyyə mərasimdəki çıxışında deyib: "Şuraya bağlı Quran Layihələri Mərkəzi bu mərasimi şəhidlərin xatirəsini əziz tutmaq üçün təşkil edib. Bu proqramda bir qrup Quran qariləri, ustadlar və hafizlər iştirak edib.

O əlavə edib: "Bu iki Quran hafizinin vəfatı böyük bir boşluq idi və bu mərasim onların Quran səylərini xatırlamaq məqsədi ilə keçirildi".

Abbasi hərəminin Quran Layihələri Mərkəzinin məsullarından olan Vəhac Əl-İbadi də deyib: "Bu iki ustad İraqın “Misan” vilayətindən idi və bu vilayətdə Quran hərəkatının sütunlarından idi. Ustad Əl-Miyahi İraqda Quran işlərində fəal iştirak edən milli hakim idi".

O, aydınlaşdırdı: "Bu proqramın məqsədi İraqın Quran xadimlərinin məqamını və Quran mədəniyyətinin cəmiyyətdə yayılmasındakı rolunu şərəfləndirmək və xatırlatmaq idi".

4116143

captcha