IQNA

Misirdə 58 ölkənin iştirakı ilə 29-cu Beynəlxalq Quran Müsabiqəsi başlayıb

12:29 - February 05, 2023
Xəbər sayı: 3493659
29-cu Qahirə Beynəlxalq Quran Yarışması 58 ölkədən 108-dən çox iştirakçının iştirakı ilə dünən 4 fevralda başladı.

"İQNA", "Əl-misri Əl-yəvm"-ə istinadən xəbər verir ki, 29-cu Beynəlxalq Qurani-Kərim müsabiqəsi dünən Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümənin iştirakı ilə başlayıb.

O, bu müsabiqənin açılış mərasimində deyib: "Mübarək Misir torpağında 29-cu beynəlxalq Qurani-Kərim yarışması şənbədən çərşənbə gününə qədər əziz Qahirədə keçiriləcək. O, dünya səmasını işıqlandıracaq unikal Quran bayramıdır".

Vəqflər Nazirliyinin dini sahənin keçmiş rəhbəri Şeyx Cabir Tai də deyib: "Builki Qurani-Kərim yarışları əvvəlki illərdən fərqlidir. 58 ölkədən könüllülərin iştirakı və pul mükafatlarının ikiqat artırılması bu fərqlərdəndir".

O, bu yarışların keçirilməsindən və qeyri-ərəb ölkələrindən iştirakçıların olmasından xoşbəxt olduğunu bildirib. Həmçinin bunu bütün dünya ölkələrində İslam və Quranın varlığının genişlənməsinin nəticəsi kimi qiymətləndirib.

4119713

captcha