"İQNA", "Əl-fərat News" xəbər bürosuna istinadən xəbər verir ki, bu gün Rəcəb ayının 25-i (fevralın 17) İmam Kazimin (ə) şəhadət günüdür.
Bu münasibətlə İmamət və Vilayətin 7-ci Parlaq ulduzunun əzadarlıq mərasimi dünən gecə və bu gün Kazimeyn şəhərində bu İmamın müqəddəs hərəmində keçirilib.
Ötən günlərdə Bağdad və İraqın müxtəlif əyalətlərindən Kazimeynə səfər edən milyonlarla iraqlı zəvvar İmam Musa Kazimin (ə) şəhadətinin ildönümündə əzadarlıq və matəm keçirib.
İmam Kazimin (ə) müqəddəs cənazəsinin rəmzi dəfn mərasimi də bu gün Kazmeyn şəhərində keçirilib. Bu mərasim bəzi peyk kanalları tərəfindən birbaşa yayımlanıb.
4122694