"İQNA", "Əl-Misri Əl-yəvm"-ə istinadən xəbər verir ki, bu müsabiqənin açılış mərasimi “Port Səid” şəhərinin mədəniyyət mərkəzində keçirilib. Burada Misir Vəqf Naziri Məhəmməd Muxtar Cümə, bu ölkənin idman və gənclər naziri Əşrəf Sübhi, Misir prezidentinin dini məsələlər üzrə müşaviri Şeyx Üsamə Əl-Əzhəri Port Səid valisi Adil Əl-Qəzban və bir sıra Əl-Əzhər alimləri, dini və mədəni şəxsiyyətlər iştirak ediblər.
Bu yarışmanın açılış mərasimi Quran tilavəti ilə başlayıb. Dini ayinlər, alimlərin, din böyüklərinin və onların ailə üzvlərinin təqdir olunması bu mərasimin digər proqramlarından olub.
Bu yarışlar 41 ölkədən 65 nümayəndənin iştirakı ilə və Quranı bütövlükdə əzbərləmək, gözəl səs, dua və dini surud oxumaq kimi müxtəlif sahələr üzrə keçirilir.
4122790