IQNA

39-cu İran Beynəlxalq Quran Müsabiqəsinin qalibləri məlum olub

23:56 - February 22, 2023
Xəbər sayı: 3493742
Final mərhələsi 33 ölkədən 52 təmsilçinin iştirakı ilə keçirilən İran İslam Cümhuriyyətinin 39-cu Beynəlxalq Quran Müsabiqəsinin qalibləri məlum olub. Bu yarışın ən üstün beş yerindən ilk dörd yeri İranın təmsilçiləri tutub.

"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyətinin 39-cu Beynəlxalq Quran Müsabiqəsinin qadın və kişi bölmələrində qaliblər müəyyən olunub və mükafatlandırılıb. Qaliblərin adları belədir:

Qadınlar bölməsi

Tərtil qiraəti

İranlı Fəhimə Əsgərzadə, birinci yeri tutub.

Livanlı Leyla Əfare, ikinci yeri tutub.

Üçüncü yeri Əfqanıstandan olan Əminə Şirzad tutub.

 

Quranı bütünlüklə əzbərləmək

Qanalı Əminə İbrahim, birinci yeri tutub.

İranlı Hacər Mehralian, ikinci yeri tutub.

Əlcəzairli Nəsrin Xalidi, üçüncü yeri tutub.

 

Kişilər bölməsi

Tərtil qiraəti

Birinci yeri iranlı Məhəmməd Cavad Cavari tutub.

Qırğızıstanlı Məhəmmədyar ikinci yeri tutub.

Livanlı İsmayıl Həmdan, üçüncü yeri tutub.

 

Təhqiq qiraəti

Birinci yeri iranlı Əmirhüseyn Rəhməti tutub.

Əfqanıstanlı Sidamir Haşimi, ikinci yeri tutub.

Üçüncü yeri indoneziyalı Abdulla Fikri tutub.

 

Quranı bütünlüklə əzbərləmək

Birinci yeri iranlı Sina Tabbaxi tutub.

Keniyadan olan Əbdul-Əlim Əbdur-Rəhim, ikinci yeri tutub.

Banqladeşli Şeyx Mahmud Həsən üçüncü yeri tutub.

4123766

captcha