IQNA

Maskat kitab sərgisində Quran nəşriyyatlarının əhəmiyyətli dərəcədə iştirakı

10:09 - February 25, 2023
Xəbər sayı: 3493752
2023-cü il Maskat Beynəlxalq Kitab Sərgisi Qurani-Kərim nəşriyyatlarının geniş iştirakının və müxtəlif çap olunmuş Quran kolleksiyalarının təqdimatının şahidi oldu.

"İQNA", "Fana News"-a istinadən xəbər verir ki, bu şəhərdə 25-ci dəfə keçirilən Maskat Beynəlxalq Kitab Sərgisinin fəaliyyəti başlayıb və martın 4-dək davam edəcək. Bu sərgidə 30-dan çox müxtəlif ölkədən 800-ə yaxın nəşriyyat öz nəşrlərini nümayiş etdirir.

2023 Maskat Beynəlxalq Kitab Sərgisi Qurani-Kərim nəşrlərinin geniş nümayişinin şahidi olacaq. Qurani-Kərimin çoxsaylı tərcümələri ilə birlikdə müxtəlif çap olunmuş Quran kolleksiyalarının təqdimatı olacaq.

Bu sərgidə Səudiyyə Ərəbistanı, Misir, Oman və Küveyt çap etdikləri çoxlu Quranı sərgiləcəklər.

Maskat Beynəlxalq Kitab Sərgisinin fəaliyyətini aşağıdakı link vasitəsilə birbaşa internet saytına daxil olaraq izləyə bilərsiniz.

www.McTbookfair.gov.om

4123999

captcha