"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Qahirədə Misirin Qurani-Kərim Radiosu mart ayında 59-cu ildönümünü qeyd edir. Bu, müqəddəs Ramazan ayının gəlişi ilə üst-üstə düşür. Bu radio Misirdə, ərəb ölkələrində və İslam dünyasının ən məşhur ixtisaslaşmış radio stansiyalarından biridir. Yarım əsrdir ki, fəaliyyət göstərir.
Qurani-Kərim Radiosu Misirin ən məşhur yayım proqramlarından biridir. İlk dəfə 1964-cü ilin martında Misirin o zamankı prezidenti Camal Əbdül Nasirin qərarı ilə yayımlanmışdır.
Həmin vaxt Əl-Əzhər Böyük Alimlər Şurası adından Həfsin Asimdən nəql etdiyi və o dövrün məşhur qarisi Şeyx Mahmud Xəlil əl-Hosrinin səsi ilə Quranın səs yazısına başladı; Amma bu plan Misirdə və İslam dünyasında münasib imkanların olmaması səbəbindən iflasa uğradı.
Bu planın iflasa uğraması ilə o dövrdə Misir mediasına rəhbərlik edən Misirin Mədəniyyət Naziri Əbdülqadir Hatəm tez bir zamanda işə qarışdı. Qurani-Kərimin yayımı üçün Misir Radiosundan qısa və orta dalğa ayıraraq bu problemi həll etdi.
Misirin Quran Radiosu ilk vaxtlarda məhdud saatlarla fəaliyyət göstərirdi, bir müddət sonra isə 24 saat Qurani-Kərimi oxumağa başladı.
4125086