"İQNA", "Ərəb News"-a istinadən xəbər verir ki, dünyanın dörd qitəsindən 23 ölkədən 50 iştirakçı beynəlxalq Quran tilavəti və azan yarışlarının finalına yüksəlib.
Səudiyyə Ərəbistanı Əyləncə Baş Direktorluğunun nəzarəti altında təşkil edilən, 12 milyon Səudiyyə riyalından (3,2 milyon ABŞ dolları) çox mükafatı olan yarışma Ramazan ayı ərzində MBC telekanalı və Şahid rəqəmsal platformasında yayımlanacaq.
Müsabiqəyə ilkin qeydiyyat yanvarın 4-də başlayıb və 165 ölkədən 50 000-dən çox iştirakçı qeydiyyatdan keçib.
İştirakçılar dünyada ən böyük yarış olan bu müsabiqəyə Quran tilavəti və azan klipləri təqdim ediblər. Müsabiqə iştirakçılarının onlayn ilkin seçimlərdən keçdikdən sonra gələn ay Ər-Riyadda keçiriləcək final mərhələsinin münsiflər heyətinin qarşısına çıxması planlaşdırılır.
4125120