IQNA

Əlcəzairdə Brayl əlifbası ilə Quran ilk dəfə çap olunub

15:43 - March 14, 2023
Xəbər sayı: 3493853
Əlcəzairin Dini İşlər Naziri Qurani-Kərimin iki normal qrafika və Brayl əlifbası ilə ilk dəfə bu ölkədə çap olunduğunu açıqlayıb. O, bildirib ki, tezliklə onun beş min nüsxəsi daxildə və xaricdə yayılacaq.

"İQNA", "Əl-Əxbar"-a istinadən xəbər verir ki, Əlcəzairin Dini İşlər və Vəqflər Naziri Yusif Belmehdi Qurani-Kərimin Brayl əlifbası ilə ilk nəşrinin çap olunduğunu açıqlayıb.

Belmehdi bazar ertəsi, martın 13-də bildirib ki, Əlcəzair tarixində ilk dəfə Qurani-Kərim bu ölkədə normal qrafika və Brayl əlifbası ilə Vərş rəvayətinə əsasən, çap edilib. Birinci mərhələdə isə beş min nüsxə çap olunacaq.

Belmehdi əlavə etdi: "Korlar üçün yeni brayl texnologiyası sözlərin normal şriftlə yazılmasına əsaslanır ki, valideynlər brayl əlifbası ilə oxuyan övladlarını müşayiət etsinlər."

Əlcəzairli nazir bildirib ki, prezidentin sərəncamına əsasən, bu beş min nüsxənin bir hissəsi Afrika ölkələrinə və Parisin Böyük Məscidinə göndəriləcək, qalanı isə ölkə daxilində paylanacaq.

4128131

captcha