IQNA

Misir Quran Radiosundan kommersiya reklamlarının qadağan edilməsi tələbi

5:47 - March 23, 2023
Xəbər sayı: 3493902
Bir çox Quran fəalları və Misir Quran Radiosunun dinləyiciləri bu radio şəbəkəsinin proqramlarından kommersiya reklamlarının çıxarılmasını tələb edirlər. Onlar hesab edirlər ki, bu cür reklamların yayımlanması Quran proqramlarının mənəviyyatına xələl gətirir.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Yatağının yanındakı radiodan yayımlanan Quran radiosunda sübh namazı başlayanda Əşrəfin gözləri açılır, qulaqları evinin yanındakı məsciddən eyni səsin əks-sədasını eşidir.

Hər gün şəfəqlər üçün mübarək bir başlanğıc. Şəxsi məktəb avtobusunun sürücüsü olan Əşrəf, gününü Qari Şeyx Məhəmməd Rəfətin tilavəti ilə səhər yeməyi yeyərək başlayır və sonra şagirdləri məktəbə aparmağa hazırlaşır.

Əşrəf mikroavtobusunun radiosunda Quran ayələrinin təfsirindən bəhs edən "Hədisus-Sabah" proqramına qulaq asır. Lakin kommersiya xarakterli reklamların çoxluğu onu əsəbləşdirir. O deyir: "Bu gözəl səhərlərin mənəviyyatını ticarət müəssisələrinin reklamları pozur".

Millət vəkili Ülfət Əl-Məzlavi "Quran" radiosundan bu kanalda reklam yayımlamaqdan çəkinməsini istəyib, çünki o hesab edir ki, reklamlar verməklə mənəvi və Qurani mühiti pozmaq düzgün deyil. O, vurğuladı: "İnsanların başqa kanallarda gördükləri və eşitdikləri Qurani-Kərim radiosunda eşitdikləri ilə fərqlidir".

4129444

captcha