"İQNA", "Arabnews"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Hədiyyə Xeyriyyə Cəmiyyəti müqəddəs Ramazan ayında zəvvarlara iftar və obaşdan süfrəsi paylamağa başladığını açıqlayıb.
Bu il xeyriyyə təşkilatı ən azı 1,2 milyon yemək paylamağı planlaşdırır.
Bu barədə Səudiyyə Ərəbistanı Xəbər Agentliyi (SPA) məlumat yayıb ki, bu kütləvi yemək paylanması Məkkədə Məscidül-Həram və Mədinədə Məscidül-Nəbidə ibadət edənlər üçün olacaq.
Xeyriyyə təşkilatı həmçinin bəyan edib ki, müqəddəs ayda 750 könüllü zəvvarlara xidmət göstərəcək.
4129851