IQNA

İngiltərənin turistik məkanlarında qiblə işarəsi islam əleyhdarı mövzusuna çevrilib

5:54 - March 29, 2023
Xəbər sayı: 3493928
Bir Britaniya təşkilatı ölkədəki müsəlmanlar üçün gəzinti yerlərində qiblənin istiqamətini qeyd etdiyi üçün ifratçı qrupların hücumuna məruz qalıb.

"İQNA", "Cəsur post" saytına istinadən xəbər verir ki, fəallar və insan haqları təşkilatları İngiltərədə müsəlmanlarla əlaqəli bir qrupa dəstək kampaniyasına başlayıblar.

Bu aksiya "Muslim Hikers" təşkilatının müsəlman ibadətçilərə kömək etmək üçün gəzinti yerlərində qiblənin istiqamətini qeyd edərək irqçi hücumlara məruz qalmasından sonra atılıb.

Bu qurum bir müddət əvvəl məscid və namaz qılmağa yer olmayan gəzinti yerlərində namaz qılınmasını asanlaşdırmaq məqsədi ilə “Adidas” və “Wiggle Sports” şirkətləri ilə kampaniyaya başlayıb.

Bu kampaniyaya əsasən marşrut boyu qiblə istiqamətini göstərən nişanlar qoyulub, eyni zamanda səccadə də qoyulub.

Qeyd etmək lazımdır ki, bu kampaniya "Muslim Hikers" təşkilatını və ona dəstək verən şirkətləri tənqid edən çoxlu irqçi şərhlərlə qarşılandı və bu şərhlər onun bir çox rəsmilərinə də şamil edildi.

4130182

captcha