IQNA

İsveç xalqının əksəriyyəti Quranın yandırılmasının qadağan edilməsini istəyir

19:38 - April 03, 2023
Xəbər sayı: 3493952
İsveçdə keçirilən sorğunun nəticələrinə görə, bu ölkədə insanların əksəriyyəti Quran və digər müqəddəs kitabların yandırılmasının qadağan edilməsini istəyir.

"İQNA", Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, İsveçdəki “Sifo” tədqiqat mərkəzinin keçirdiyi sorğuya əsasən, bu ölkə əhalisinin 51 faizi Quran və digər müqəddəs kitabların yandırılmasının qadağan edilməsini istəyir.

Bu sorğuya görə, söz azadlığı çərçivəsində müqəddəs kitabların yandırılmasını dəstəkləyənlərin sayı 34 faiz olub.

“Sifo” araşdırma mərkəzi bu sorğunun 14-16 mart tarixlərində 1370 nəfərlə təsadüfi müsahibə əsasında hazırlandığını açıqlayıb.

İfrat sağçı Danimarka partiyasının lideri Rasmus Paludan tərəfindən Qurani-Kərimin yandırılması İsveçə 88 milyon krona başa gəlib.

Türkiyə və bir çox İslam ölkələri bu siyasətçinin təxribatçı hərəkətini və İsveç hökumətinin söz azadlığı bəhanəsi ilə müqəddəsləri təhqir etməyə icazə verməsini pisləyib.

4130957

 

captcha