"İQNA", xəbər verir ki, Aprelin 8-də axşam saatlarında 30-cu Beynəlxalq Quran Sərgisinin beynəlxalq bölməsində “Beynəlxalq mədəni əlaqələrin inkişafında Quran diplomatiyasının təsirinin gələcək tədqiqi” adlı toplantı keçirilib.
Bu toplantının elmi katibi Mehdi Rzazadə Cudi olub. Orada bir sıra universitet ustadları və Bosniyadan olan iki İslam incəsənəti sənətçisi də çıxış ediblər.
Beynəlxalq Əl-Mustafa Universitetinin ustadı, Qum elmi hövzəsinin Quran Tədqiqatları Dərnəyinin rəhbəri və Əl-Mustafa (s) Quran və Hədis Ali Təhsil Kompleksinin rəhbəri Höccətül-İslam Məhəmməd Əli Rzai İsfahani bu toplantının əvvəlində çıxışı zamanı İmam Xameneinin təfsirinin metodologiyası və "Ayətullahul-Uzma Xameneinin Quran Fikirlərinin Beynəlxalq Konqresi" barədə məlumat verib.
Rzai deyib ki, bu qurultay Həzrət Ağanın elmi və Quran şəxsiyyətini dünyaya tanıtmağa çalışır .
Milli Müdafiə və Strateji Araşdırmalar İnstitutunun elmi heyətinin üzvü və bu universitetin gələcək tədqiqat mərkəzinin rəhbəri Mehdi Əhmədian, də çıxışında vurğulayıb: Quran diplomatiyasının gələcək tədqiqi mövzusu tədqiqat sahəsində az öyrənilmiş yeni bir mövzudur.
Əhmədian, Quran diplomatiyasından danışarkən, deyib ki, o, əsasən elm və idrak, eləcə də cəmiyyətin müxtəlif təbəqələrinə təsir etmək üçün istifadə edilə bilən bir sənətdir. Quran diplomatiyasının xarici siyasətdə istifadəsi əslində sülhpərvər və təsirli bir üsuldur və mədəni və iqtisadi diplomatiya və s.-də özünü göstərə bilər.
Onlar həmçinin Quran dilinin digər xalqlarla qarşılıqlı əlaqədə istifadə edilməsini və Qərbin idrak media savaşına hazırlaşmağın vacibliyini vurğulayıblar.
4132540