"İQNA", "Middle East I"-a istinadən xəbər verir ki, Hollandiyadakı müsəlman qrupların koalisiyası xaricdən maliyyələşdirmənin məscidlərə və İslam təşkilatlarına təsirini araşdırmaq vəzifəsi daşıyan ölkədəki parlament komitəsinə qarşı BMT-yə şikayət təqdim edib.
Hollandiyada yerləşən Emmet Project qrupu Hollandiya parlament komitəsini müsəlman icmasına qarşı gizli təbliğat aparmaqda ittiham edərək BMT-nin İnsan Haqları Komitəsinə 82 səhifəlik şikayət təqdim edib.
Bu şikayəti verən müsəlman liderlər arasında bu ölkədəki bəzi məscidlərin və müsəlman birliklərinin rəhbərləri olan Həmid Tahiri, Yakob van de Blom və Nəsr əl-Dalmanhuri də var.
Bu şəxslər 2020-ci ildə Hollandiya Parlamentinin Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı, Türkiyə və BƏƏ də daxil olmaqla “azad olmayan ölkələr” siyahısından pul alınması ilə bağlı araşdırmaya başladıqdan sonra arzuolunmaz Xarici Təsir Komitəsinə (POCOB) çağırılıb.
4136727