IQNA

Səudiyyə Ərəbistanının iki ildən bir keçirilən sərgisində Quranın nadir nüsxələri təqdim olunub

20:10 - May 17, 2023
Xəbər sayı: 3494187
Səudiyyə Ərəbistanının Ciddə şəhərində 2023-cü ildə ikiillik İslam İncəsənət Sərgisi keçirilir. Bu sərgidə yaşı 14 əsrdən çox olan ən nadir Qurani-Kərimlərdən bəziləri nümayiş etdirilir.

"İQNA", "Acil"-ə istinadən xəbər verir ki, İslam incəsənətinin iki ildən bir keçirilən 2023-cü il sərgisi  Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Əbdüləziz Beynəlxalq Hava Limanının Hüccac zalında ilk ev şüarı ilə Əl-Dəriyyə fondu tərəfindən təşkil edilmişdir. Burada Quranın ən nadir əlyazmalarından bəziləri var. Bu əlyazmalardan bəzilərinin yaşı 1400 ildən çoxdur.

İki ildən bir keçirilən bu sərgidə hicri 30-90-cı illərə aid olan və xüsusi mürəkkəblə hicazi xətti ilə dəri üzərində yazılmış iki Quran əlyazması nümayiş etdirilib.

İlk nüsxə hicri 30-60-cı illərə aiddir və Doha İslam İncəsənət Muzeyindən götürülmüşdür. Hicri 60-90-cı illərə aid olan digər nüsxə isə Şeyx Nasir Ali Sabahın İslam əsərləri toplusundan götürülüb.

Həmçinin Abbasilər dövründə, yəni miladi 10-cu əsrə təsadüf edən hicri 4-cü əsrdə yazılmış “Maidə” və “Ənkəbut” surələrinin 30 səhifəsi nümayiş etdirilir. Onun hər səhifəsi beş sətirdən ibarətdir və kufi xətti ilə yazılıb.

Bu sərgi mayın 23-dək ziyarətçilər üçün açıqdır. İncəsənət səyahəti vasitəsilə onlara İslam sənətləri üzərində düşünməyə və nadir İslam sənət əsərlərini öyrənmək, araşdırmaq və əks etdirmək üçün unikal hiss təcrübələri əldə etməyə imkan verir.

4141387

captcha