IQNA

Yoldan tapdığımız pul və digər əşyaların hökmü nədir?

16:36 - May 23, 2023
Xəbər sayı: 3494219
Əgər bir şəxs itirilmiş pul (əşya) tapsa və sahibini müəyyən etmək üçün üzərində heç bir əlaməti olmasa, qiyməti bir dirhəmdən (təxminən 2.5 qram gümüş) az olub-olmamasından asılı olmayaraq, insan onu özünə götürə bilər. Amma məkan ya da zaman xüsusiyyətləri, yaxud məbləği pul üçün bir əlamət sayılırsa, onun tapılmasını elan etməlidir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) shafaqna-ya istinadla xəbər verir ki, bu barədə böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaniyə ünvanlanan sual və cavabı təqdim edir:

Sual: Yoldan tapdığımız pul və digər əşyaların hökmü nədir?

Cavab: Əgər bir şəxs itirilmiş pul (əşya) tapsa və sahibini müəyyən etmək üçün üzərində heç bir əlaməti olmasa, qiyməti bir dirhəmdən (təxminən 2.5 qram gümüş) az olub-olmamasından asılı olmayaraq, insan onu özünə götürə bilər.
Amma məkan ya da zaman xüsusiyyətləri, yaxud məbləği pul üçün bir əlamət sayılırsa, onun tapılmasını elan etməlidir.
captcha