IQNA

İspaniyanın cənubundakı bir kənddə Quran əzbərləmək

10:01 - May 31, 2023
Xəbər sayı: 3494256
İspaniyanın cənubundakı bir kənddə Qurani-Kərimi əzbərləməklə bağlı fəaliyyətlərlə yanaşı, insanlara ox atmaq və at sürmə də öyrədilir.

"İQNA", xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan görüntülərdə İspaniyanın cənubundakı Əndəlusiyada yerləşən Qranada əyalətindəki “Əl-Kövsər” adlı kəndlə bağlı şəkillər əks olunub.

Əl-Kövsər kəndində qədim Mərakeş tədris üsulu ilə Qurani-Kərimi əzbərləməyi öyrənən müsəlman və ispan sakinlər var.

Həmçinin kənd müsəlmanları at sürməyi və ox atmağı öyrənir, İslam adət-ənənələrini qoruyub saxlayırlar.

İspaniyanın cənubundakı Əl-Kövsər kəndində illər əvvəl böyük bir əkin sahəsi alıb ailələri ilə birlikdə ora köçməyə qərar verən ispan əsilli müsəlmanlar yaşayır.

Əl-Kövsər kəndinin əhalisi 490-dan çoxdur. Onların əksəriyyəti Qranada şəhərindəndir. Onların ali təhsilləri var, lakin övladlarının İslam mühitində yaşaya bilməsi üçün işlərindən və hər şeydən əl çəkiblər.

4143970

captcha