IQNA

İslam dünyasının məşhur alimləri / 24

Əhli-Beytin (ə) rəvayətinə əsasən Quranın İstanbul türkcəsinə tərcüməsi

10:45 - June 27, 2023
Xəbər sayı: 3494385
TEHRAN (IQNA) – Mürtəza Turabi Quranın İstanbul türkcəsinə tərcümə edənlərdən biridir ki, bu işdə şiə təfsirlərindən istifadə etməyə çalışıb.

"İQNA"-nın verdiyi məlumatra əsasən, Höccətül-islam vəl-müslimin Mürtəza Turabi hicri 1341-ci ildə “Taşlıçay”ın (Türkiyənin şərqində yerləşən Aqrı/Ağrı vilayətində şiə şəhəri) “Yasi Qaya” kəndində dindar ailədə anadan olmuşdur. 1350-ci ildə ailəsi ilə birlikdə Nəcəf Əşrəf şəhərinə səfər edərək elmi hövzəyə daxil olur. O, həmin şəhərdə ərəb ədəbiyyatını öyrənir və 1354-cü ildə İranın müqəddəs Qum şəhərinə gedir. Bu şəhərdə o, hövzənin ustadlarının yanında fiqh, üsul və fəlsəfə sahələrində yüksək səviyyəli kurslar alıb.

Sonra ərəb və farscadan İstanbul türkcəsinə dini mətnlərin xüsusi tərcüməsi ilə məşğul olmuşdur. Həmçinin 1362-1380-ci illər arasında hədis, əqidə və fiqh sahələrində ərəb və farscadan İstanbul türkcəsinə mühüm kitabların tərcümə və redaktəsinə nail olmuşdur.

1383-1388-ci illərdə Qurani-Kərimi türk dilinə tərcümə etmişdir. Bu tərcümənin özəlliyi ondan ibarətdir ki, ayələr üçün müxtəlif mənalar içərisində Əhli-beytin (ə) kəlamları və rəvayətləri əsasında məna seçmişdir. Torabi “Safi təfsiri”, “Şübbər təfsiri” kimi şiə təfsirlərindən və “Məcmul-Bəyan” kimi kamil təfsirlərdən istifadə etməyə çalışmışdır. İzahlı təfsir hissəsində şiə təlimləri və pak İmamların (ə) kəlamları nəzərə alınmışdır.

Bu tərcümənin başqa bir xüsusiyyəti də onun yanında “Əhli-beyt (ə) nəzərindən Quran” adlı kitabın yazılmasıdır. Orada Əhli-beytin (ə) Quran ilə əlaqəsi, Quran, Quranı öyrətmək və öyrənmək, Quranı oxumaq və onun ədəbləri, Quran möcüzəsi, Quranın nazil olması və onu toplamaq, Quranın kamil və əhatəliliyi, Quranın təhrifdən uzaq olması kimi müxtəlif mövzular yer alır.

Bu kitabda Quran elmləri ilə bağlı Əhli-beytin (ə) hədislərinə əsaslanan şiə baxışının toplanaraq yeni formada təqdim edilməsinə cəhd edilmişdir.

Bu tərcümə "Tərcümani-Vəhy" Mədəniyyət İnstitutunun nəzarəti və həmin institutun elmi heyətinin əməkdaşlığı ilə Höccətül-İslam vəl-müslimin Mürtəza Turabi tərəfindən edilmiş və 2009-cu ildə Türkiyənin İstanbul şəhərindəki Kövsər nəşriyyatında çap edilmişdir.

captcha