IQNA

Kərbəla yarışları Quranın müqəddəsliyini və məqamını ifadə etmək üçün bir fürsətdir

10:37 - July 13, 2023
Xəbər sayı: 3494455
KERBELA (IQNA) - Bəsrə Darul-Quran təşkilatının direktoru və Kərbəla Beynəlxalq Quran əzbərləmək bölümünün münsiflər heyətinin sədri Şeyx Ədnan Əl-Salehi bu müsabiqəni yüksək qiymətləndirib. Həmçinin onun xüsusi xüsusiyyətlərini ifadə edərkən, bu hadisənin Qurani-Kərimin müqəddəsliyini və məqamını vurğulamaq üçün bir fürsət olduğunu bildirib.

"İQNA", xəbər verir ki, Bəsrə Darul-Quran təşkilatının direktoru və Kərbəla Beynəlxalq Quran əzbərləmək bölümünün münsiflər heyətinin sədri Şeyx Ədnan Əl-Salehi çıxışına belə başladı: Aləmlərin Rəbbinə şükürlər olsun. Allahın Peyğəmbərinə və onun pak ailəsinə salam olsun. Həzrət Peyğəmbər (s) Quran haqqında buyurur: “Qurani-Kərim Allahdan sonra hər şeydən üstündür, pakdır”. Odur ki, Quranı böyük hesab edən Allahı böyük sayıb.

O əlavə edib: "Allahın köməyi ilə Kərbəla Beynəlxalq Mükafatı adlanan bu beynəlxalq Quran hifzi və qiraəti müsabiqəsi başlayıb. Bu yarışı digər yarışlardan fərqləndirən özəl cəhətləri var. Bu yarışmada müxtəlif ölkələrdən və müxtəlif İslam məzhəblərindən və xalqlarından olan Qurani-Kərim qari və hafizlərinin iştirakı birinci xüsusiyyət hesab edilməlidir. Bu yarışmada İraqdan müxtəlif ziyarətgah və türbələrdən və başqa yerlərdən qiraətçilər və hafizlər də iştirak edirlər. Bu yarışların digər fərqli cəhəti də bütün müsəlmanlar üçün müqəddəs bir yerdə, yəni İmam Hüseynin (ə) hərəminin yerləşdiyi şəhərdə keçirilməsidir".

Şeyx Ədnan Əl-Salehi daha sonra bildirib: Bu yarışma qardaşlar və qonaqlar üçün bir-birlərini tanımaq və ümumilikdə Qurani-Kərimin əməl və hadisələrini inkişaf etdirmək üçün yaxşı fürsətdir. Bu müsabiqənin başqa bir fərqləndirici cəhəti də dünyada bütün müsəlmanların vicdanını oyatmış acı bir hadisə ilə eyni vaxta təsadüf etməsidir. Bu hadisə, nadan insanların Allahın kitabını təhqir etdiyi bir hadisədir. Bu hadisələrə reaksiya olaraq burada deyirik ki, bu əməllər Qurani-Kərimin dəyərinə, əzəmətinə və müqəddəsliyinə xələl gətirmir. Qurani-Kərim bu təhqirlərin üstündədir. Quran müshəf və kağızlarda deyil, möhtərəm müsəlmanların və ariflərin qəlblərindədir. Ona görə də deyirik ki, kim Quranı təhqir edibsə, bütün dünya insanlarının tövhid inanclarını təhqir edib. Təhqir edənlər xristianları, yəhudiləri və digər səmavi dinləri də təhqir ediblər. Çünki Qurani-Kərimdə İsa (ə), Musa (ə), İbrahim (ə) və Nuhun (ə) da adı çəkilmişdir. Qurani-Kərimdə 24 peyğəmbərin adı çəkilir. Buna görə də Quranı təhqir edən hər kəs bütün dinləri və onların müqəddəslərini təhqir etmiş olur.

4154270

 

captcha