IQNA

Ailə və qadın Quran baxımından / 13

Ailə müasir dünyada sivilizasiyaların toqquşmasının mərkəzidir

9:33 - August 13, 2023
Xəbər sayı: 3494592
TEHRAN (IQNA) - Ailə, sivilizasiyalararası qarşıdurmaların mərkəzidir. Homoseksuallıq və abortla bağlı müzakirələr və onlara qarşı müqavimət ciddidir. Bu düşmənçilik və münaqişə İslam və Qərb ölkələri arasında daha geniş formada mövcuddur. Bu cərəyanların hər birinin üstünlüyü müəyyən nəticələrə malikdir ki, onlara diqqət yetirilməlidir.

Ailə Allahın əmri ilə yaradılmışdır və bu əsasda qadınla kişinin bir araya gəlməsi halaldır. Allah Adəmlə Həvvanı yaratdı və onların arasında baş verən ilk şey onların bir-birini cəlb etməsi oldu.

"Nisa" surəsinin ayələri də təsdiq edir ki, nikahın mənşəyi və pak nəslin doğulması Quranın diqqət mərkəzindədir. Bəzi rəvayətləri də qeyd etmək olar, o cümlədən İslamda ailənin müqəddəsliyi qədər heç bir əsas yoxdur. Çünki nikah bağı Allahın iradəsidir.

İnsan Haqları Bəyannaməsində vurğulanan müddəalardan biri də halalzadəlik anlayışının müqəddəslikdən çıxarılmasıdır. Əlbəttə ki, bunu aydın ifadə etmirlər, amma deyirlər ki, haram anlayışı tabudan (qadağadan) çıxarılsın. Haramzadə olan şəxs vətəndaşın bütün hüquqlarına malik olsun. 60-70-ci illərdən həyatda halalzadə olmaq anlayışını çıxartmaq dəyişikliklərə səbəb oldu.

Bütün ilahi dinlərdə məhrəmlə evlənmək haramdır. Başqa bir məsələ də həmcinslə evlənməməkdir. Vatikanın filosof olan mədəniyyət naziri keçirilən toplantıda bildirdi ki, evlilikdə üç prinsipimiz var; Birincisi, kişi ilə qadının birliyi var. Qadının kişidən yaradılması bu ikisinin vəhdətinə dəlalət edir. İkincisi, kişilər və qadınlar arasındakı təbii fərqlər var. Üçüncüsü isə nəsil artımıdır.

Əllamə Təbatəbai “Əl-Mizan”da özünəməxsus nəzər nöqtəsinə malikdir. Evliliyin tamamilə təbii məqsədinin nəsil artımı olduğunu söyləmişdir. Bu təbii məsələ ilə bəşəriyyət bu gün yaxşı və pis bir çox hadisələr yaratmışdır.

Homoseksuallar iddia edə bilərlər ki, əgər evliliyin məqsədi rahatlıq və cinsi məmnunluqdursa, biz də buna sahibik. Lakin homoseksuallığın nəsil artımı ilə nəticələnə biləcəyini iddia edə bilməzlər. Başqa bir məqam da budur ki, din, xüsusilə İslam dini imanla evliliyin əlaqəsini bəyan edib. O cümlədən evliliyin insanın dininin yarısını tamamladığını bildirib.

Ailə sivilizasiya münaqişəsinin mərkəzidir. Məsələn, Amerika respublikaçı cərəyanı katolik kilsəsinin tərəfdarıdır, dini və ailə yönümlüdür. Homoseksuallıq və aborta qarşıdır. Onlar evlilikdən əvvəl azad münasibətlərin tərəfdarıdırlar. amma deyirlər ki, uşaq sahibi olmamağa çalışın və əgər uşağınız olsa, abort etdirməyin. Bu hərəkatın səyləri abortun federal qanuna çevrilməməsinə səbəb oldu. Demokratik hərəkat bunun əksini edir. İndi bu düşmənçilik və münaqişə İslam və Qərb ölkələri arasında daha geniş formada mövcuddur. Bəzi anti-ailə feminist hərəkatlar abortu qanuniləşdirməyə çalışırlar. Onlar deyirlər ki, nə üçün qadınlar cinsi əlaqənin nəticələrini qəbul etməli, uşaq sahibi olmalı və bunun əziyyətini çəkməlidirlər. Bu prosedur evliliyin mənəvi yükünün boşalmasına səbəb olur və bunun nəticəsi uşaqsız azad münasibətlərin olmasıdır.

Dünyada homoseksual münasibətləri yaymaq üçün güclü media var. Hollivud filmlərinin 80%-dən çoxunda homoseksuallığı qeyd etməmək mümkün deyil. Uşaqlara öyrədilir ki, ailələrin iki anası və ya iki atası ola bilər. Bu, ailəni məhv edən son xəndəkdir.

* Bu, Qadın Araşdırmaları və Tədqiqatları Araşdırma Mərkəzinin akademik fakültəsinin üzvü Fəribə Ələsvəndin sözlərindən bir hissədir.

3990021

captcha