IQNA

Niderland və Danimarka səfirliklərinin rəsmiləri Türkiyə XİN-ə çağırılıblar

14:38 - August 22, 2023
Xəbər sayı: 3494647
ANKARA (IQNA) - Türkiyə xarici işlər nazirliyi Qurani-Kərimə hörmətsizliyiə reaksiyada Danimarka səfirliyinin müvəqqəti işlər vəkili və Niderland səfirinin müavinini çağırıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Türkiyə xarici işlər nazirliyi yaydığı bəyanatda bildiribdir ki: Danimarka səfirliyinin müvəqqəti işlər vəkili və Niderland səfirinin müavininin çağırışında Amsterdam və Kopenhagendə bir qrup şəxs tərəfindən Qurani-Kərimə hörmətsizlik edilməsinə kəskin etirazın bildirilməsilə yanaşı, sözügedən hərəkətlərin təkrar edilməsi və baş verməsini önləyəcək tədbirlərin görülməsi haqda xəbərdarlıq edilib.

captcha