IQNA

Rusiya xarici işlər naziri Avropada islamofobiyanın yayılmasını pisləyib

6:48 - September 26, 2023
Xəbər sayı: 3494788
Moskva (IQNA) – Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Qərbdə irqçiliyin davam etməsini, islamofobiyanın normallaşması və yayılmasını, dinlərə və onun dəyərlərinə qarşı dözümsüzlüyünü tənqid edib.

Rusiya xarici işlər naziri Avropada islamofobiyanın yayılmasını pisləyib"İQNA", "Əl-Məsdər"-ə istinadən xəbər verir ki, Şənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə irqçiliyə qarşı xəbərdarlıq edib və deyib: "Qərb hələ də özünü bütün bəşəriyyətdən üstün hesab edir".

Lavrov Avropa diplomatik xidmətinin rəhbəri Xosep Borrelin təhqiramiz sözlərinə toxunub və açıq şəkildə deyib: "Avropa meşə ilə əhatə olunmuş bağdır".

Rusiya XİN rəhbəri vurğulayıb: "Burrell bu “bağda” islamafobiya və bütün dünya dinlərinin qədim dəyərlərinə qarşı dözümsüzlüyün digər formalarının yayılmasından utanmır".

O əlavə etdi: "Quranı yandırmaq, Tövratı təhqir etmək, pravoslav ruhanilərini təqib etmək və dindarların hisslərini incitmək Avropada adi və geniş yayılmış bir haldır.

Xatırladaq ki, Borrell demişdi: "Avropa İttifaqı yırtıcılar arasında otyeyən heyvan olaraq qalır, lakin Ukraynadakı münaqişəyə görə oyanmalıdır".

4170836

captcha