"İQNA", "Əl-Qüdsul-Ərəbi"-yə istinadən xəbər verir ki, Fransa millisinin sabiq futbolçusu, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Əl İttihad” klubunun ulduzu Kərim Benzema növbəti dəfə Fransanın ifrat sağçılarının tənqidinə tuş gəlib. Bu dəfə ənənəvi səudiyyə geyimində şəkilin dərci fonunda ifrat sağçı “Milli toplanış” partiyasının rəhbəri Cordan Bardella onu islamçılıq mesajını təbliğ etməkdə ittiham edib.
BFMTV kanalının qonağı olan Bardella və dəyirmi masa üzvü ondan böyük fransız futbolçunun (Kərim Benzema) Səudiyyə Ərəbistanının ənənəvi geyimində görünməsi ilə bağlı mövqeyini soruşduqda, o, belə cavab verib: "O, islami həyat tərzi axtarırdı. Buna görə də Səudiyyə Ərəbistanına getdi. İslami həyat tərzi istəyən hər kəs bunu edib İslam ölkələrinə getsəydi, yəqin ki, Fransa daha yaxşı vəziyyətdə olardı".
Daha sonra verilişin aparıcısı ondan Benzemanı yalnız Səudiyyə Ərəbistanında oynadığına və bu İslam ölkəsinin ənənəvi geyimlərini geyindiyinə görə təqdim edəcəyinimi soruşub. Jordan Bardella cavab verib: "Bəli, o, İslam ideologiyasının davamçılarından biridir. Həqiqətdə, də ən böyük fransız oyunçularından biridir, lakin İslami həyat tərzinə öyrəşib.
İfrat sağçı "Milli toplanış" Partiyasının başçısı çıxışının başqa bir hissəsində deyib: “Müsəlman ölkəsində, oğruların əllərinin kəsildiyi ölkədə oynamaq yaxşıdır”.
Bu radikal fransız siyasətçinin açıqlamaları kiberməkanda da reaksiyalara səbəb oldu; Sosial şəbəkə istifadəçilərindən biri Bardellanın açıqlaması ilə bağlı bunları deyib: "Benzema orada oynayır, yaşayır və oradakı insanlar kimi geyinir. Niyə bu barədə mübahisə edirik? Bizim narahat edəcək başqa bir şey varmı?".
Başqa bir istifadəçi yazıb: "Müxtəlif ölkələrin bütün futbolçuları Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə bu formanı geyiniblər. Susmaq daha yaxşıdır. Benzema istədiyi kimi geyinir və həyat tərzini seçməkdə sərbəstdir".
4171119