IQNA

Beynəlxalq Müsəlman Alimlər Birliyinin fətvası:

"Hərbi müdaxilə və müqavimətə kömək etmək şərii vəzifədir"

11:00 - November 01, 2023
Xəbər sayı: 3494942
DOHA (IQNA) – Dünya Müsəlman Alimləri Birliyinin İctihad və Fətva Komitəsi “Müsəlman ölkələri hökumətlərinin Qəzzə müharibəsi barədə öhdəlikləri ilə bağlı fətvası” başlıqlı bəyanat yayaraq, belə bir açıqlama verib: "Fələstin hökuməti və müqavimət qruplarının hərbi müdaxilə və hərbi texnika ilə təmin edilməsi şərii vəzifədir".

"İQNA", "Əl-Əxbar"-a istinadən xəbər verir ki, Dünya Müsəlman Alimləri Birliyi ərəb və müsəlman ölkələrini İsrailin 25 gündür mühasirədə və intensiv hücumlar altında saxladığı Qəzzə zolağı xalqını soyqırımdan xilas etməyə çağırıb.

Dünya Müsəlman Alimləri Birliyinin İctihad və Fətva Komitəsi "Müsəlman Ölkələri Hökumətlərinin Qəzza Müharibəsi barədə öhdəlikləri ilə bağlı fətvaları" adlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Hökumətlər və rəsmi ordular Qəzzəni soyqırımdan və hərtərəfli məhvdən xilas etmək üçün dərhal müdaxilə etməlidir. Bu hərəkət Fələstinin dini, siyasi, hüquqi və mənəvi müdafiəsi vəzifəsinə tam sadiqlik göstərir. Həmçinin beynəlxalq müqavilələrə, regionun və ölkənin strateji maraqlarına uyğun olacaq".

Yuxarıdakı bəyanatda Fələstinə qonşu olan Misir, İordaniya, Suriya və Livan başda olmaqla bütün ərəb və müsəlman ölkələrinə işarə edilərək vurğulanır: “Fələstin hökumətinə və müqavimət qruplarının hərbi müdaxilə və hərbi texnika ilə təmin olunması şərii vəzifədir. "

Bu bəyanatda Qərbin İsrailə hərtərəfli hərbi, maliyyə və media dəstəyinə, eləcə də diplomatik yardımına toxunaraq, ərəb və müsəlman ölkələrindən Fələstinə də oxşar dəstək və həmrəylik göstərmələri istənilib.

4179158

captcha