Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Qəzzada baş verən son hadisələrdən danışır.
Mepa News xəbər verir ki, Nəsrullahın açıqlamalarından diqqət çəkən məqamlar bunlardır:
_ 7 oktyabr əməliyyatı müqavimət tarixində sionist düşmənə qarşı ən mühüm, ən böyük və ən möhtəşəm əməliyyatdır.
-Qəzzada iki mühüm hadisə baş verir. Birincisi Qəzzada günahsız kişi, qadın və uşaqlara hücum, ikincisi isə Qəzzada müqavimətin cəsur mübarizəsidir.
-Bu hücumlar İsrailin intiqamının bir hissəsidir, rejimin mahiyyətini göstərir. Bu təcavüz günü-gündən daha da şiddətlənib. Bu, İsrailin qisasçı təbiətinin nəticəsidir.
- Anlamalı olduğumuz başqa bir şey də var. İsrail terrorunun məqsədlərindən biri də Qəzza, Fələstin, Livan və bölgə xalqlarını “müqavimət etmək baha başa gəlir” deyərək baş əymək, müqavimətdən ümidini kəsmək və təslim olmağa yönəlmələrini istəyir.
-İsraillilər Qəzza xalqına demək istəyirlər: “Əsirlərinizi unudun, Fələstini unudun”. Həm də Livan xalqına müraciət edərək onları qorxutmaq istəyirlər. Amma burada düşmən növbəti dəfə səhv edir. Onlar bu məqsədə çatmayacaqlar.
- Təəssüf ki, ərəb ölkələri və dünyanın digər dövlətləri bilərəkdən və ya bilməyərəkdən İsrailin məqsədlərinə dəstək verirlər. İsrail bu məqsədlərə nail olmayacaq.
- Zaman İsrailin və onu dəstəkləyənlərin əleyhinə işləyir. Atəşkəsin əleyhinə olan bir çox tərəf indi atəşkəsə çağırır. Bu gün dünyada atəşkəsə yalnız ABŞ və onların xidmətçisi ingilislər qarşı çıxır. Dünya artıq bu vəziyyəti qəbul edə bilmir.
-Müharibəni dayandıra biləcək ölkə ABŞ-dır, bu müharibəni idarə edən də odur. İsraildə Netanyahu kimi adamlar öz şəxsi maraqlarını güdən dəli adamlardır.
- Bu gün 57 İslam ölkəsinin nümayəndələri Ər-Riyadda toplaşıb. Fələstinlilər onlardan ordularını göndərmələrini, edə bilməyəcəkləri bir işi görmələrini tələb etmirlər. Fələstinlilərin onlardan istədiyi şey Amerikaya qarşı durmaq və bu müharibəni dayandırmaqdır.
-İsrailin Qəzzada verdiyi itkilərin sayı onların elan etdiyindən qat-qat çoxdur.
- Müqavimətə İordan çayının qərb sahili də daxil olmaqla bir sıra cəbhələr kömək edir. Onlardan biri də Yəməndir. Onlar İsrailə qarşı silsilə hücumlar təşkil etdilər. Atdıqları pilotsuz təyyarələrin və raketlərin bəziləri ABŞ Hərbi Dəniz Qüvvələri və təəssüf ki, bəzi ərəb ölkələri tərəfindən vurulub.
Sionistlərə qarşı hərtərəfli müharibəyə başladıq
- Digər cəbhə İraqdır. İslami Müqavimətin Amerika bazalarını hədəf alması Qəzza ilə həmrəylik nümayiş etdirməkdir. Bu həm də amerikalıları Suriya və İraqdan qovmaq məqsədinə xidmət edir. ABŞ Suriya və İraqdakı bazalarına 46 hücum təşkil edildiyini və 56 əsgərinin yaralandığını etiraf edib.
- Çətin şəraitdə olmasına baxmayaraq, Suriyanın Qəzza və Fələstinə dəstək mövqeyi bəllidir. Məsələn, müqavimət qrupları üçün dəstəkləyici mühit və qoruma təmin edir. Eyni zamanda, belə bir mövqeyin nəticələrini də çəkir. Bu müharibənin ortasında heç kim Suriyadan indi etdiklərindən daha çox şey tələb edə bilməz. Suriya son 12 ildə aldığı bütün yaralara baxmayaraq, müqavimət hərəkatlarını dəstəkləməyə davam edir.
- Digər cəbhə İrandır, Fələstinə gəldikdə onların mövqeyi sabitdir, Şəhid Qasim Süleymani müqaviməti dəstəkləmək üçün əlindən gələni etdi, özlərini müdafiə etmək üçün müstəqil olmalarını təmin etdi.
-Livandakı əməliyyatlara gəlincə, keçən cümə çıxışımda dediklərimi təkrarlamayacağam. Livanda müqavimət əməliyyatları davam edir.
- Vaxt tələb edən müharibədəyik. Düşmənin məğlubiyyəti qəbul etməsi üçün bütün müqavimət qruplarına səbr və zaman lazımdır. Bu müharibədə səbir və beynəlxalq dəstək olanda düşmən geri çəkiləcək.
- Gələcəyə çox nikbin baxırıq, müqavimət bütün ağrılara baxmayaraq qalib gələcək.