IQNA

Şeyx Qasim: "Fələstin məsələsi Kərbəlanın davamıdır"

15:36 - November 24, 2023
Xəbər sayı: 3495031
MANAMA (İQNA) – Bəhreynin aparıcı alimlərindən Şeyx İsa Qasim Fələstin məsələsinin Kərbəlanın davamı olduğunu bildirərək, Fələstindəki cihadın da Kərbəla cihadının davamı olduğunu vurğulayıb.

"İQNA", "Bəhreyn Mirror"-a istinadən xəbər verir ki, Bəhreynin aparıcı alimlərindən olan Şeyx İsa Qasim Fələstin məsələsinin Kərbəlanın davamı olduğunu bildirib və deyib: "Biz qadın və kişi olmaqla, Fələstin məsələsini müdafiə etmək üçün hamımız məsuluq".

  Şeyx Qasim Həzrət Zeynəbin (s) mövludu münasibəti ilə çıxış edərək, Fələstin davasının təsirini Kərbəla hadisəsi ilə müqayisə edərək deyib: “Əməvilərlə İmam Hüseyn arasındakı müharibə İslam ümmətinə qarşı müharibə olduğu kimi, bu müharibə də (sionist rejiminin Qəzzanı işğal etməsi) İslam ümmətinə qarşı müharibədir”.

Şeyx Qasim sözlərini belə davam etdirdi: “O dövrdə, Yezidə və ətrafındakılara qarşı durmaq İslam ümmətinə vacib olduğu kimi, indi də düşmənə qarşı durmaq vacibdir”.

4183598

captcha