"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, Həbsxanadan göndərdiyi və qızı Sumiya Əl-Qannuşi tərəfindən nəşr olunan ikinci mesajında Laqnuşi əlavə etdi: "Əqsa tufanı əməliyyatı müsəlman ümmətinin yenilənmə, motivasiya, səfərbərlik, oyanış, şüur və qəhrəmanlıq şüarı idi".
Əl-Qannuşi mesajında deyib: "Fələstin, məscidül-Həram ilə birlikdə, müsəlman ümmətinin iki mərkəzi məsələsi və İslam suverenliyinin ağırlıq mərkəzi və müsəlman ümmətinin şərəf və suverenlik ünvanı və meyarıdır. Bu iki nur, yəni Məscidül-Həram və Məscidül-Əqsa, millətin döyünən ürəyidir və qəlbdə hər hansı narahatedici məxluqun olması təhlükə xəbərdarlığıdır və bu mövcud təhlükə ilə üzləşmək üçün hər kəsin səfərbər olmasını tələb edir".
O, daha sonra Fələstinin azadlığını İslam ümmətinin çiynində bir yük kimi deyil, onun üçün bir güc rıçaqı hesab edərək dedi: "Bu məsələ onların daşıyıcılarından güc almaqdansa, onlara güc verir. Müsəlman xalqının bütün rəhbərləri bu bayrağı ucaltmaqla ucalırlar".
Tunisin "Ən-Nəhzə" hərəkatının rəhbəri əlavə edib: "Müsəlman xalqında qaldırılan bütün bayraqlar Fələstinin azadlığı şüarı ilə mötəbər olublar".
Rəşid Əl-Qannuşi vurğulayıb ki, Fələstinin azadlığı məsələsi həmişə mehvər məsələ olaraq qalmalıdır.
O, sözünə belə davam etdi: "Fələstin kitabdan bir ayə və Qurandan bir surə kimidir. Onu daşıyan əslində kitabı daşımışdır və onu tərk edən də kitabı tərk etmişdir."
Əl-Qannuşi sonda Əl-Əqsa tufanı əməliyyatını təbrik edərək dedi: "Fələstin azadlığı məsələsi gəncləri yüksəldir, onlara siyasi anlayış verir və onları kiçik qayğılardan millət və bəşəriyyətin böyük məsələlərinə doğru aparır".
4183649