Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin Fələstin Qızıl Ayparası da daxil olmaqla Rəfah Sərhəd Qapısında fəaliyyət göstərən bütün təşkilatlara verdiyi açıqlama ilə bağlı məlumat verilib.
Açıqlamada, İsrailin dekabrın 1-dən etibarən "sonrakı xəbərdarlığa qədər" Misirdən Qəzzaya yardımların girməsinə icazə verməyəcəyi və Fələstin tərəfindəki yardım maşınlarının bir an əvvəl ayrılmasını istədiyi ifadə edilib .Bunun fələstinlilərin üzləşdiyi çətinlikləri və onları yüngülləşdirməyə çalışan yardım təşkilatlarının qarşılaşdığı çətinlikləri artıracağı qeyd edilib.
Qəzza zolağındakı hökumət media ofisi Rəfah Sərhəd Qapısının bağlanması ilə bağlı şayiələri təkzib edərək, onun bu gün “normal” işlədiyini bildirib.
Media ofisi, Fələstin Qızıl Aypara Cəmiyyətinin İsrailin Rəfah Sərhəd Qapısından Qəzzaya yardım maşınlarının girişini əngəllədiyi barədə açıqlaması ilə bağlı Telegram hesabında açıqlama verib.
Açıqlamada bildirilib ki, "Rəfah Sərhəd Qapısı şənbə günü normal rejimdə işləyirdi və biz sərhəd qapısının bağlanması ilə bağlı şayiələri təkzib edirik."
Fələstin Qızıl Aypara Cəmiyyətindən bu gecə edilən yazılı açıqlamada, İsrail qüvvələrinin dekabrın 1-dən etibarən "sonrakı xəbərdarlığa qədər" Misirdən Qəzzaya yardımların girməsinə icazə verməyəcəyi və Fələstin tərəfindəki yardım maşınlarının mümkün qədər tez çıxmasını istədikləri ifadə edildi.
Müvəqqəti atəşkəs sazişi
İsrail və HƏMAS arasındakı qarşıdurmalarda 4 günlük "humanitar fasilə" ilə bağlı razılaşma 24 Noyabr Cümə günü saat 07.00-da qüvvəyə minib və daha sonra 3 gün müddətinə uzadılıb.
HƏMAS “humanitar fasilə”nin Qəzzanın bütün bölgələrinə çatdırılmaq üçün gündə 200 yardım maşını və 4 yanacaq tankerinin daxil olması, eləcə də əsirlərin dəyişdirilməsi ilə baş tutacağını bildirmişdi.
İsrail və HƏMAS arasında əldə olunan məhbus mübadiləsi razılaşması çərçivəsində Qəzza zolağından 81 israilli, 240 fələstinli məhbus isə İsrail həbsxanalarından azad edilib.
Sionist rejim ordusu dekabrın 1-də “humanitar fasilə” başa çatdıqdan dərhal sonra Qəzza zolağına hücumlarını bərpa edib.