IQNA

Əlcəzairli futbolçu Fələstinə dəstək verdiyi üçün cəzalandırılıb

12:16 - December 15, 2023
Xəbər sayı: 3495130
İQNA – Fransanın "Nitsa" komandasının əlcəzairli futbolçusu Fələstinə azarkeşlik edən həmyerlisini dəstəklədiyi üçün məşqçisi tərəfindən komandadan kənarlaşdırılıb.

"İQNA", "Bola" saytına istinadən xəbər verir ki, Belə görünür ki, əlcəzairli futbolçu Şam Boudavi (24 yaş) həmyerlisi və Nitsa komandasındakı komanda yoldaşı Yusif Əttala verdiyi dəstəyin bədəlini ödəyir.

Yusif Əttal şəxsi səhifəsində Fələstinə dəstək verdiyi üçün Fransada məhkəməyə verilib və bu ayın ortalarında məhkəmə qarşısına çıxması planlaşdırılıb.

Bu səbəbdən onun 7 oyunda iştirakına qadağa qoyulub və Fransanı tərk etməsinə icazə verilmir.

Yusif Əttal-ın ittihamı dini nifrətdir və bu ittihamın cəzası həbs və ya cərimə olacaq.

Fransa liqasında çalışan çoxlu sayda əlcəzairli oyunçu Yusif Əttala dəstək veriblər. O cümlədən Riyad Mahrez, Rami Ben Sabaini, Sofian Fiquli, İslam Süleymani və Yusif Əttalın Nitsadakı komanda yoldaşı Heşam Budavini göstərmək olar.

4187851

captcha