IQNA

Hizbullah sionistlərin qərargahına hücum edib

2:21 - December 28, 2023
Xəbər sayı: 3495194
İQNA – Livan Hizbullahı sionistlərin qərargahına hücum etdiyini açıqlayıb.

"İQNA", "Əl-Məyadin"-ə istinadən xəbər verir ki, Livan Hizbullahı bir bəyanatda bildirib: “Mücahidlərimiz Qəzzə xalqını və onların cəsur müqavimətini dəstəkləmək istiqamətində sionist rejimin işğal altındakı Fələstinin şimalının Livanın cənubu ilə sərhədində yerləşən “Rəs-ən-Naqurə” bölgəsində dəniz bazasındakı komandanlıq qərargahını müvafiq silahlarla hədəfə alıblar”.

Sionist media da Livandan Rəs-ən-Nəqurəyə 18 raket atıldığını açıqlayıb. Bu media onlardan enən 8 raketin qarşısının aldığını iddia edib.

Hizbullah bu gün səhər saatlarında Livanın cənubundan 12 raketlə sionist hərbi qüvvələrin işğal altında olan Şəba və Cəlil Əl-Əli sahələrindəki bazalarını hədəfə alıb.

Livan mediası çərşənbə axşamı gecə də Livan Hizbullahının işğal olunmuş Fələstinin şimalında sionist rejimin bazasını hədəf alması barədə məlumat yayıb.

4190274

captcha