"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, bu seminarın məqsədi insanları mühüm kitabların və əlyazmaların necə qorunub bərpa olunacağı barədə məlumatlandırmaqdır.
Misir Əlyazmalarının Bərpası İdarəsinin müdir müavini Mahmud Səd bildirib ki, mövcud olan ən mühüm əlyazmalardan biri hicri 866-cı ildə yazılmış Məmlüklər dövrünə aid Qurani-Kərimdir.
O, həmçinin zərərin səbəb və amillərinin müəyyən edilməsi və təmiri üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Qurani-Kərimin bu nüsxəsi üzərində müəyyən texniki araşdırmaların aparıldığını bildirib.
Bu stenddə Qurani-Kərimin bərpadan əvvəlki və sonrakı şəkilləri də nümayiş etdirilir.
Bundan əlavə, bərpa zamanı kağız üzərində qidalanan çoxlu həşərat aşkar edilib. Bu böcəklərin şəkillərini dərc etməkdə məqsəd mühüm kitabların və əlyazmaların kolleksiyaçılarını bu zərərvericilərlə tanış etməkdir. Beləliklə, kolleksiyaçılar əlyazmanı zədələmədən necə təmir edəcəyini biləcəklər.
Dünyanın ən zəngin əlyazma kolleksiyası Əl-Əzhər kitabxanasındadır və bu əlyazmaların bir çoxunda Qurani-Kərimin nüsxələri ilə yanaşı, şəriət və digər elmlərə aid əsərlər də var.
4196678