IQNA

İsrail 131 gündə 28 min 576 fələstinlini öldürüb

7:30 - February 15, 2024
Xəbər sayı: 3495470
İQNA - Sionist rejimin Qəzzə zolağına 131 gündür hücumlarında can itkisi artaraq 28 min 576 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi yazılı açıqlamada sionist rejim ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar barədə məlumat verilib.

Bildirilib ki, sionist ordunun Qəzzada son 24 saat ərzində həyata keçirdiyi 11 qırğında 103 nəfər ölüb, 145 nəfər yaralanıb.

Qəzzada 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumlarda ümumi can itkisinin 28 min 576, yaralı sayının isə 68 min 291-ə çatdığı bildirilib.

Bəyanatda həmçinin vurğulanıb ki, Qəzza zolağında dağıntılar altında və yol kənarında hələ də ölülər var, lakin İsrail qüvvələrinin maneələri səbəbindən tibb qrupları və mülki müdafiə rəsmiləri cəsədləri çıxara bilmir.

captcha