IQNA

Şotlandiya Baş Naziri: “Rəfaha hücum dağıdıcıdır”

7:34 - February 20, 2024
Xəbər sayı: 3495499
İQNA – Şotlandiyanın müsəlman baş naziri Həmzə Yusif çoxlu fələstinli qaçqının yaşadığı Rəfah şəhərinə hücumu dağıdıcı adlandırıb.

"İQNA", "Əl-Misri Əl-yəvm" saytına istinadən xəbər verir ki, Şotlandiyanın baş naziri Həmzə Yusif İsrailin Rəfaha hücumunun çoxlu mülki əhalinin olduğu bu bölgədə ağlasığmaz dağıntılara səbəb olacağını bildirib.

O, həmçinin Qəzza zolağında atəşkəsi rədd edən ölkələrin münasibətindən kədərləndiyini bildirib və qeyd edib ki, hər gün minlərlə dinc sakin, qadın və uşaq öldürülür.

Həmzə Yusif beynəlxalq tərəfdaşlardan Qəzza zolağında girovların azad edilməsi və hər cür zorakılığın qarşısının alınması üçün əməkdaşlıq etməyə çağırıb.

O, həmçinin UNRAWA-ya qarşı ittihamların narahatlıq doğurduğunu vurğulayıb və bu sahədə müstəqil araşdırma aparılmasını istəyib.

Avropa ölkələri HƏMAS-ın 7 oktyabr hücumunda UNRAWA-nın bəzi üzvlərinin iştirak etdiyini bəhanə edərək yardımlarını dayandırıb.

4200603

captcha