IQNA

Əl-Əzhər Braziliyanın Fələstinə humanitar münasibətini yüksək qiymətləndirir

12:53 - February 22, 2024
Xəbər sayı: 3495509
İQNA – Əl-Əzhər şeyxi Fələstində baş verənləri dəyərləndirib və Braziliyanın Qəzzada fələstinlilərə qarşı ədalətli və humanist münasibətini yüksək qiymətləndirib.

"İQNA", "Rəyul-Yəvm" saytına istinadən xəbər verir ki, Əl-Əzhər şeyxi Braziliyanın Qahirədəki səfiri Paulino Neto ilə görüşüb və iki tərəf arasında birgə əməkdaşlığı gücləndirmək yollarını müzakirə edib.

O, həmçinin İsrailin Qəzza müharibəsinə münasibətini ədalətli və humanist yanaşma kimi qiymətləndirib. O bildirib ki, bu vəziyyət ərəb və müsəlman ölkələrinin, dünyanın azadlıqsevər xalqlarının yanaşmasına uyğundur.

Əl-Əzhər Şeyxi bu qurumun fəaliyyətinə toxunaraq bildirib ki, Əl-Əzhər İslam Mərkəzinin mesajı və məsuliyyəti dünyada sülhü təşviq etməkdir.

Braziliyanın Qahirədəki səfiri də Əl-Əzhərin qardaşlıq və dinc yanaşı yaşamaq kimi dəyərləri təbliğ etmək səylərini yüksək qiymətləndirib.

4200957

captcha