IQNA

İsrail: "33 günlük müharibədən 6 dəfə çox zərər gördük"

7:24 - March 07, 2024
Xəbər sayı: 3495584
İQNA - İsrail Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumların vurduğu zərərin 2006-cı ildə Livan müharibəsinin vurduğu zərərdən 6 dəfə çox olduğunu bildirib.

İbranicə "Walla" saytının xəbərinə görə, İsrailin Vergi direktoru Şai Aharonoviç, İsrailin 5 aydır Qəzza zolağına həyata keçirdiyi hücumlar səbəbindən vergi gəlirlərinə iqtisadi ziyan vurduğuna diqqət çəkib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumların 2006-cı ildə Livan müharibəsinin vurduğu zərərin 6 qatına bərabər olduğuna diqqət çəkən Aharonoviç, müharibədən dolayı zərər görənlərin təzminat tələblərinin 700 minə çata biləcəyini bildirib.

Dolayı təsirə məruz qalanların təzminat tələblərinin indiyə qədər 500 minə çatdığını bildirən Aharonoviç, "İlk dəfədir belə bir vəziyyətlə qarşılaşırıq. Ödəmələri ən qısa zamanda etməyə çalışırıq. Ancaq vergi idarəsində işçilərin sayı məhduddur” dedi.

İsrail rəsmisi Qəzzaya hücumlar və ya 2006-cı ildə Livan müharibəsinin vurduğu ziyanla bağlı təfərrüatları açıqlamayıb.

Ancaq İsrail hökumətinin 2007-ci ildə paylaşdığı məlumatlara görə, 2006-cı ildə ikinci Livan müharibəsinin dəyəri 2,8 milyard dollara çatdı.

2006-cı ildə İsraillə Livan Hizbullahı arasında başlayan müharibə “İyul müharibəsi” kimi qeydə alınıb.

AA

captcha