IQNA

“Palestine Cola” İsrail tərəfdarı embarqo qoyulmuş sərinləşdirici içkilərini əvəz edir

9:22 - March 10, 2024
Xəbər sayı: 3495598
İQNA – İsveçdə “Palestine Cola” adlı yeni qazlı içki brendi satışa çıxarılıb.

"İQNA", xəbər verir ki, digər qadağan olunmuş İsrail tərəfdarı içkilərə alternativ olaraq və Qəzzaya dəstək olaraq İsveçdə “Palestine Cola” adlı yeni qazlı içki markası istehsal edilərək bazara çıxarılıb.

Bu qazlı içki bazara İsveçin Malmö şəhərində yaşayan Fələstin-İsveç ailəsindən olan iki qardaş tərəfindən təqdim edilib.

Şirkətin digər sərinləşdirici içki istehsalçıları ilə heç bir əlaqəsi yoxdur və tamamilə müstəqildir. İstehsalçının saytında verilən məlumata görə, satışdan əldə olunan gəlir mənfəətə çevrildikdən sonra ehtiyacı olan fələstinlilərə yardım edən təşkilatlara bağışlanacaq.

Şirkət həmçinin qutunun üzərindəki loqonun zeytun ağacının, qutunun altındakı naxışın isə Fələstin millətçiliyinin ənənəvi simvolu olan Fələstin şərifinin simvolu olduğunu bildirib.

Eyni zamanda qutunun üzərindəki tor Fələstin balıqçılıq sənayesini, düyünlər isə Fələstin ailələrinin tarixində zeytunun əhəmiyyətinə görə zeytun yarpaqlarını simvollaşdırır.

Hazırda qazlı içkinin bir variantı mövcuddur, tezliklə daha yeddi ləzzət əlavə olunacaq. Hazırda bu məhsul Malmö, Stokholm və Göteborqda satılır. Amma İsrail məhsullarının bütün dünyada boykot edildiyini nəzərə alsaq, şirkətin məqsədi bu içkini bütün ölkələrdə və dünyada satışa çıxarmaqdır.

Coca-Cola və Pepsi işğalçı rejimi dəstəklədikləri üçün ərəb və islam ölkələrinin boykot kampaniyalarına daxil olan brendlər arasındadır.

 

kod

4204281

Teqlər: fələstin
captcha