IQNA

Papa Fransisk Qəzza zolağında dərhal atəşkəs edilməsini istəyib

5:46 - April 01, 2024
Xəbər sayı: 3495718
İQNA - Dünya katolik xristianlarının lideri Papa Fransisk Pasxa çıxışında Qəzzada dərhal atəşkəs edilməsinə və bu bölgə xalqının humanitar yardıma çıxışına zəmanət verməyə çağırıb.

"İQNA", "Əl-Qüds əl-Ərəbi" saytına istinadən xəbər verir ki, Katolik Kilsəsinin lideri Papa Fransisk Pasxa bayramı münasibəti ilə etdiyi ənənəvi çıxışında bir daha Qəzzada dərhal atəşkəs edilməsinə və əsirlərin mübadiləsinə çağırıb.

Papa bu çıxışında deyib: "Mən bir daha Qəzzaya humanitar yardımların çatdırılmasına çağırıram və oktyabrın 7-də girov götürülən bütün insanların dərhal azad edilməsinə, həmçinin Qəzza zolağında dərhal atəşkəs edilməsinə çağırıram".

O, əlavə edib: "Müharibə bölgələrində gülməyi unutmuş uşaqların gözlərində nə qədər kədər görürük. Bu uşaqlar gözləri ilə bizdən soruşurlar: Niyə? Niyə bu qədər ölüm var? Bütün bu dağıntılar nə üçündür"?

Ukraynadakı müharibə ilə bağlı Papa həmçinin beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıb və bütün əsirlərin Rusiya ilə Ukrayna arasında açıq şəkildə mübadilə ediləcəyinə ümid etdiyini bildirib.

4207887

captcha