"İQNA", "NTV"-yə istinadən xəbər verir ki, Trinidad və Tobaqo Xarici İşlər Nazirliyindən verilən açıqlamada, sözügedən qərarın “Fələstin dövləti” məsələsi ilə bağlı artan beynəlxalq konsensusu gücləndirdiyi bildirilib. Bəyanatda, "Fələstinin tanınması əxlaqi və ədalətlidir və Trinidad və Tobaqonun Fələstin xalqının qanuni istəklərini tanıdığını və dəstəklədiyini göstərir" deyilir.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bazar ertəsi bildirib ki, bir çox Aİ ölkəsi may ayının sonuna qədər Fələstini müstəqil dövlət kimi tanımağa hazırlaşır.
4213680