IQNA

Liviyada Quran tərcüməsi üzrə beynəlxalq konfrans başa çatıb

8:43 - May 12, 2024
Xəbər sayı: 3495928
İQNA - İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSECO) baş katibi və bir qrup siyasi və din xadiminin iştirakı ilə Liviyanın paytaxtında Quran məfhumlarının tərcüməsi üzrə Beynəlxalq Konfransın bağlanış mərasimi keçirilib.

"İQNA", "Əl-Vəsət" saytına istinadən xəbər verir ki, üç günlük bu beynəlxalq konfransın bağlanış mərasimi mayın 20-də Liviyanın paytaxtında keçirilib.

  Bu Quran konfransı Liviyanın paytaxtı Tripoli Quran Assambleyası tərəfindən təşkil edilmiş və Liviyanın Mədəniyyət və Təhsilin İnkişafı Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının nəzarəti altında keçirilmişdir. (İSESCO) bu konfransın elmi sponsoru olmuşdur.

 İslamın yayılması üçün vasitə olan Quranın mənalarının dəqiq tərcüməsi” adı altında keçirilən bu konfransda İslam ölkələrindən bir qrup tanınmış məmur, alim və tədqiqatçı iştirak edib.

Bu konfrans Qurani-Kərimin mənalarının cari tərcümələrini nəzərdən keçirmək, bu tərcümələrlə bağlı problemləri müzakirə etmək və onlara uyğun həll yolları təklif etmək, bu sahədə araşdırmaları təşviq etmək, Quran mənalarının sadə və etibarlı tərcümələrini həyata keçirməyi planlaşdırmaq məqsədi daşıyır.

Konfransın bağlanış mərasimində bu qurumun baş katibi Salim ibn Məhəmməd Əl-Malikin başçılıq etdiyi İseskonun yüksək səviyyəli nümayəndə heyəti; Tariq Əbdul Qani Daoub, konfransın sədri; Mohammad Əl-Əmari Zayid, Liviyanın İSESKO-dakı nümayəndəsi; Saleh Səlim Əl-Faxiri, Beynəlxalq İslam Təbliğat Assosiasiyasının rəhbəri; Liviyanın mədəniyyət və təhsilin inkişafı naziri Mabrouke Toghi və bir sıra xarici ölkə səfirləri və Liviyada diplomatik nümayəndəliklər iştirak ediblər. Bağlanış mərasimində bu konfransın iştirakçıları təltif olundular.

Xatırladaq ki, Quranın mənalarının tərcüməsi üzrə beynəlxalq konfrans mayın 6-da başlayıb və üç gün davam edib.

 Qurani-Kərimin mənalarının dəqiq tərcüməsi; İslamın yayılması üçün bir vasitə” mövzusunda keçirilən tədbirdə İslam ölkələrinin və dünyanın digər ölkələrinin çoxlu sayda rəsmiləri, alimləri və görkəmli tədqiqatçıları iştirak edib.

Bu konfransın praktiki iclasları Liviya, Tunis, Əlcəzair, Mərakeş, İraq, Nigeriya və Omandan olan mütəxəssislərin iştirakı ilə keçirilib. Sözügedən konfransın bəzi mövzuları, məsələn, tərcümələr arasında Quran mətninin ritorik xüsusiyyətləri və təfsiri, Quran dilinin mədəni xüsusiyyətləri və tərcüməsi, Quran və onun tarix boyu tərcüməsi, tərcümə nəzəriyyələri və onların Quranın tərcüməsində rolu, həmçinin akademik tədqiqatçıların və qurumların Quranın tərcüməsindəki rolu müzakirə edilmiş və araşdırılmışdır.

4214949

captcha