IQNA

Qahirədə Əl-Əzhər Şeyxi Həzrət Zeynəbin (s) məscidini ziyarət etdi.

5:23 - May 19, 2024
Xəbər sayı: 3495967
İQNA – Əl-Əzhər şeyxi Şeyx Əhməd Təyyib mayın 13-ü bazar ertəsi Həzrət Zeynəb (s) məscidini ziyarət edib.

"İQNA", "Xəlic" saytına istinadən xəbər verir ki, Əhməd Təyyib Qahirədə təmir edilən və Əbdül Fəttah Sisi tərəfindən açılışı edilən Həzrət Zeynəb (s) məscidini ziyarət edib. Səfər zamanı onu vəqflər naziri Məhəmməd Muxtar Cumə və digər rəsmi şəxslər qarşılayıblar.

O, məscidin müxtəlif hissələrini ziyarət edib, dualar oxuyub, namaz qılıb. Vəqflər naziri Əl-Əzhər şeyxinə məsciddə aparılan abadlıq işləri barədə məlumat verib.

Əl-Əzhər Şeyxi nazirliyin və hökumətin ölkədəki qədim məscidlərin və irs obyektlərinin təmiri üzrə səylərini yüksək qiymətləndirib.

4215674

captcha