IQNA

Qahirədə ilk Quran konfransı keçiriləcək

11:03 - May 20, 2024
Xəbər sayı: 3495979
İQNA - Misirin Vəqflər Nazirliyi ilk Qurani-Kərim konfransının Misir Quran Radiosunun yüksək vəzifəli şəxsləri və Quranın aparıcı simalarının iştirakı ilə keçiriləcəyini bildirib.

"İQNA", "Əxbarul-yəvm" saytına istinadən xəbər verir ki, bu konfrans mayın 21-i çərşənbə axşamı günü Qahirənin Abbasiyyə rayonundakı Nur məscidində Qahirə Quran Radiosu ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

Konfransda radioya yeni qəbul olunmuş qarilər, ustad qarilər, eləcə də Şeyx Şərəvinin təlim kursundan seçilmiş bəzi vaizlər iştirak edəcəklər.

Misirin vəqflər naziri bu yaxınlarda Seyyidə Zeynəb (s) məscidinin açılışında etdiyi çıxışda 12 yeni gənc qarinin Qahirə Quran Radiosuna qəbul edildiyini açıqladı. O, həmçinin bildirib ki, Qahirə Quran Radiosu yaranandan bəri ilk dəfədir ki, bu qədər Quran radioya qəbul edilir.

Misir vəqflər naziri Məhəmməd Muxtar Cümə bu yaxınlarda bu ölkənin prezidentinin Qahirə Quran Radiosuna gənc qarilərdən faydalanmaq üçün göstəriş verdiyini açıqladı.

Bu göstəriş məşhur misirli qari Məhəmməd Əl-Səlqavinin qiraət zamanı səhvə yol verməsindən və Quran Radiosunun bu qari ilə əməkdaşlığını dayandırmasından və Misir Qarilər Birliyi ona Quran oxumağı qadağan etdikdən sonra verilib.

Misirin vəqflər naziri bildirib ki, bu gənc qarilər Quran Radiosunun ciddi standartları, meyarları və qaydalarına əsasən seçiliblər.

4216448

captcha