IQNA

İslam İnqilabının Rəhbərinin Fələstinə dəstək verən tələbələrə məktubu

19:18 - May 30, 2024
Xəbər sayı: 3496052
İQNA - İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ABŞ universitetlərində Fələstin tərəfdarı olan tələbələrə yazdığı məktubda onların Qəzzə xalqına dəstək olmaq üçün seçdikləri yolun doğru yol olduğunu vurğulayıb.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ universitetlərində Fələstin tərəfdarı olan tələbələrə yazdığı məktubda bu tələbələri müqavimət cəbhəsinin bir hissəsi kimi görüb və Qərbi Asiyada vəziyyətin dəyişdirilməsini vurğulayıb.

Ayətullah Xameneinin yazdığı məktubun mətni belədir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

 "Mən bu məktubu Qəzzanın məzlum uşaq və qadınlarını müdafiə etməyə həvəsləndirən gənclərə yazıram.

Amerika Birləşmiş Ştatlarındakı əziz gənc tələbələr! Bu, bizim sizə rəğbət və həmrəylik mesajımızdır. Siz indi tarixin doğru tərəfində dayanmısınız!

Hörmətli ABŞ tələbələri! Siz indi müqavimət cəbhəsinin bir hissəsini təşkil edirsiniz və qəsbkar və qəddar sionist rejimi açıq şəkildə müdafiə edən hökumətinizin amansız zülmü altında şərəfli mübarizəyə başlamışsınız.

Müqavimət cəbhəsinin mübarizəsinin məqsədi “sionistlər” adlı terrorçu və amansız şəbəkənin illər əvvəl Fələstin xalqına vurduğu zülmü dayandırmaq və ölkələrini işğal etdikdən sonra onları ən ağır zülm və işgəncələrə məruz qoymaqdır. Sionist aparteid rejiminin bugünkü soyqırımı ötən onilliklərin son dərəcə qəddar davranışının davamıdır.

Fələstin müsəlman, xristian və yəhudi xalqlarından təşkil tapmış və köklü tarixi olan müstəqil bir ölkədir. İkinci Dünya Müharibəsindən sonra sionist şəbəkə kapitalistləri İngiltərə hökumətinin köməyi ilə tədricən bu torpaqlara minlərlə terrorçu gətirdilər. Fələstinlilərin şəhərlərini və kəndlərini işğal etdilər. On minlərlə insan öldürüldü və ya qonşu ölkələrə deportasiya edildi. Qəsb edilmiş Fələstin torpaqlarında fələstinlilərin evləri, bazarları və təsərrüfatlarını əllərindən aldılar, İsrail adlı hökumət qurdular.

Bu qəsbkar rejimin İngiltərədən sonra ən böyük dəstəkçisi ABŞ-dır. ABŞ rejimə siyasi, iqtisadi və silah dəstəyi verməklə yanaşı, rejimin nüvə silahı istehsalına da yol açır və bu yolla ona kömək edir.

Əksəriyyəti ABŞ və Avropada media şirkətlərinə sahib olan və ya pul və rüşvətlərinin təsiri altında olan sionist rejim rəhbərləri bu humanitar müqaviməti terror kimi təqdim edirlər! Öz torpağında sionist işğalçıların cinayətlərinə qarşı özünü müdafiə edən xalq terrorçudurmu? Bəs bu xalqa humanitar yardım göstərmək, onları gücləndirmək terrora yardım sayılırmı?

Sizi əmin edirəm ki, bu gün vəziyyət dəyişəcək. Qərbi Asiya regionunu fərqli aqibət gözləyir. Qlobal miqyasda bir çox vicdanlar oyanıb və həqiqətlər üzə çıxır. Müqavimət cəbhəsi getdikcə güclənəcək. Tarixdə yeni səhifə açılır.

Sizdən başqa digər ölkələrin universitetlərində oxuyan tələbələr, insanlar da ayağa qalxdı. Universitet ustadlarının siz tələbələri müşayiət etməsi və sizə dəstək olması çox vacib və effektivdir. Mən də siz gəncləri başa düşürəm və mövqeyinizə hörmətlə yanaşıram".

Seyid Əli Xamenei

30 may 2024-cü il

4219174

captcha